EN

Paşinyan: Ermənistanın Türkiyə ilə barışmaqdan başqa alternativi yoxdur

Ermənistanın Baş naziri Nikol Paşinyan hesab edir ki, İrəvanın Ankara ilə barışmaqdan başqa alternativi yoxdur.

Paşinyan bunu bu gün keçirdiyi mətbuat konfransında bildirib.

“Əgər Ermənistan Türkiyə ilə barışığa getməsə, hansı alternativlər var?”, – Baş nazir deyib.

Paşinyan, həmçinin İrəvan-Ankara münasibətlərinin normallaşmasından narazı olan Ermənistan vətəndaşlarının nəyə ümid etdiklərini soruşub.

“Onlar demək istəyirlər ki, Türkiyə kimi bir ölkə ilə müharibə yolu ilə getməliyik? Siz ümumiyyətlə nə danışdığınızı başa düşürsünüz?”, – baş nazir soruşub.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşünə toxunan Paşinyan onda müsbət təəssüratların yarandığını qeyd edib.

“Mən Türkiyəyə Ermənistan-Türkiyə gündəliyi ilə deyil, Ermənistan-Türkiyə münasibətlərinin gündəliyi ilə getdim. Bu, çox vacib bir nüansdır. Əlbəttə, dəvətə və səmimi, açıq söhbətə görə Türkiyə Prezidentinə təşəkkür etdim. Biz bütün məsələləri müzakirə etdik: kommunikasiyaların açılması, münasibətlərin qurulması, müxtəlif sahələrdə mümkün əməkdaşlıq, tarixi Ani körpüsünün bərpası və digər məsələlər. Ümumi təəssüratlarım müsbətdir, bu görüş haqqında heç bir mənfi nüansı qeyd edə bilmərəm”, – Baş nazir vurğulayıb. \\Report

Chosen
40
2
hurriyyet.az

10Sources