"Beşiktaş" yeni transferi Kayl Uoker-Pitersin İstanbula gəlişinin ailəvi səbəblərə görə təxirə salındığını açıqlayıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, klubdan verilən açıqlamada deyilir:
"Prinsipcə razılaşdığımız və bu gün saat 17:45-də İstanbul Atatürk Hava Limanı Baş Aviasiya Terminalında olması planlaşdırılan peşəkar futbolçu Kayl Uoker-Petersin gəlişi ailəvi səbəblərə görə təxirə salınıb."
Fərid
MİA.AZ