EN

Kobaxidze: Cənubi Qafqazda sabitliyin təminatına töhfə verməyə hazırıq

“Gürcüstan dialoq və əməkdaşlıq yolu ilə Cənubi Qafqazda sülh və sabitliyin təminatına öz töhfəsini verməyə hazırlığını bir daha təsdiqləyir”.

Bakues.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Türkiyənin ticarət naziri Ömər Bolatla keçirdiyi görüşdə deyib.

Görüşdə bölgədə sülh və təhlükəsizliyin vacibliyinə xüsusi diqqət yetirilib.

Tərəflər iki ölkə arasında strateji tərəfdaşlığın əhəmiyyətini vurğulayıblar, ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən siyasi və iqtisadi sahələrdə inkişafının müsbət dinamikasını qeyd ediblər.

Söhbət zamanı regional əhəmiyyətli birgə layihələrə, həmçinin ticarət dövriyyəsinin artımındakı müsbət tendensiyaya da toxunulub.

Chosen
80
icma.az

1Sources