Suriyanın Əs-Suveyda şəhərində atəşkəslə bağlı razılıq əldə olunub.
Operativ Media xəbər verir ki, bu barədə SANA agentliyinə Suriya Daxili İşlər Nazirliyindəki mənbə bildirib.
Məlumata görə, Əs-Suveydada nəzarət-buraxılış məntəqələrinin yaradılması və şəhərin tam dövlət nəzarətinə qaytarılması şərti ilə atəşkəs barədə razılıq əldə olunub.