EN

Yer üzündəki ən böyük Mars meteoriti hərraca çıxarılıb: 4 milyon dollar / FOTO

Nyu-Yorkda keçirilən Sotheby's Geek Week 2025 hərracında Yer üzündə tapılmış ən böyük Mars meteoriti – NWA 16788 satışa çıxarılıb. 2023-cü ildə Sahara səhrasında aşkarlanan 25 kiloqramlıq bu unikal fraqmentin qiyməti 2–4 milyon dollar arasında dəyişir.

Bu meteorit Mars maqmasının yavaş soyuması nəticəsində yaranan olivin-mikroqabbro şerqottiti kimi təsnif edilir. Onun səthindəki qırmızı-qəhvəyi qabıq və şırımlar Mars mənzərəsini xatırladır və nadir gözəlliyi ilə fərqlənir. Dünyada 77 min meteorit arasında yalnız təxminən 400-ü Mars mənşəlidir, onların ümumi çəkisi isə 875 funtdur. NWA 16788 isə onların 7%-ni təşkil edir. Meteoritin Marsdan gəldiyi xüsusi laborator analizləri və Mars atmosferinə uyğun qaz cibləri ilə təsdiqlənib.

 

mars.jpg-dən

Meteoritin satışı bəzi alimlər tərəfindən tənqid olunsa da, Sotheby's nümayəndəsi Casandra Hatton belə obyektlərin şəxsi kolleksiyaçılar tərəfindən qorunduğunu vurğulayıb. Bu "marslı ziyarətçi" artıq Sotheby's qalereyasında nümayiş etdirilib və hərracın nəticəsi onun muzeyə, yoxsa şəxsi kolleksiyaya daxil olacağını müəyyən edəcək.

 

R.İmanov

Chosen
99
qht.az

1Sources