EN

“Neftçi” Polşada hazırlığa başladı - FOTO

“Neftçi” təlim-məşq toplanışının ikinci mərhələsinə başlayıb.

Bizim.Media xəbər verir ki, komanda üzvləri Keltse şəhərində ilk məşqə çıxıblar.

“Ağ-qaralar” burada 4 yoxlama oyunu keçirəcək. Baş məşqçi Samir Abasovun yetirmələri iyulun 17-də “Hapoel Təl-Əviv” (İsrail), 22-də “Termalitsa Nyeçetşa” (Polşa), 27-də “Asteras Tripolis” (Yunanıstan) və avqustun 1-də AEL (Kipr) klubu ilə qarşılaşacaqlar.

Qeyd edək ki, toplanışın ikinci mərhələsi avqustun 2-dək davam edəcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

Chosen
60
2
bizim.media

8Sources