EN

Mask Trampla mübahisədən sonra telefon nömrəsini dəyişdi

Amerikalı sahibkar İlon Mask ABŞ prezidenti Donald Trampla mübahisə etdikdən sonra ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Consonun mesajlarına cavab verməyib. Məlum olub ki, Mask telefon nömrəsini dəyişib.

Publika.az xəbər verir ki, bu barədə Conson "New York Post"a danışıb.

O, Trampla Maskı barışdırmağa və mübahisədən sonra dəfələrlə sahibkarla əlaqə saxlamağa çalışdığını vurğulayıb. Spiker bildirib ki, ABŞ prezidenti də bunun əleyhinə deyil.

"Bu, Maskın günahı deyil. Mən ona uzun mesaj göndərdim, sonra telefon nömrəsi dəyişdi. Çünki ayrıldıqdan sonra Trampla onun nömrəsinə nəsə olub. Başa düşdüm ki, mesajı harasa göndərmişəm, o isə heç oxumayıb", - Conson deyib.

Siyasətçi əlavə edib ki, o, iş adamı ilə üçüncü şəxs vasitəsilə əlaqə saxlayıb.

Chosen
70
publika.az

1Sources