Prezident İlham Əliyev "Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası"nda dəyişiklik edib.
XəzərNews.az xəbər verir ki, bununla bağlı dövlət başçısı fərman imzalayıb.
Fərmana əsasən, işğaldan azad edilmiş ərazilərdə mənzil alan şəxslər üçün ipoteka kreditinin məbləği yaşayış sahəsinin qiymətinin 90 faizinə qədər müəyyən olunacaq.
Həmçinin, işğaldan azad edilmiş ərazilərdə ipoteka krediti üzrə ödəniləcək aylıq məbləğ borcalanın (borcalanların) aylıq məcmu gəlirinin 75 %-dən çox olmamalıdır.
Xəbər 1 dəfə oxunub.