İngiltərənin "Bornmut" klubu yeni mövsüm öncəsi heyətini gücləndirməyə davam edir.
Offsideplus.az xəbər verir ki, onlar serbiyalı qapıçı Corce Petroviçi "Çelsi"dən transfer edib. Premyer Liqa klubu onun üçün 25 milyon funt-sterlinq ödəyəcək.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Petroviç 2023-cü ilin yayında "Çelsi"yə qoşulub. O, başa çatan mövsümü icarə əsasında Fransa klubu "Strasburq"da keçirib.