EN

"Çelye"nin baş məşqçisi: "Sabah"la oyuna daha yaxşı hazırlaşmışıq

Sloveniyanın "Çelye" komandasının baş məşqçisi Albert Riera Avropa Liqasının birinci təsnifat mərhələsinin "Sabah"la keçiriləcək cavab oyunu öncəsi fikirlərini bölüşüb.

Operativ Media xəbər verir ki, oyun Sloveniya təmsilçisinin meydanında baş tutacaq.

"İlk oyundan sonra bizə standart vəziyyətlərdə çox zəif təsir bağışladığımız hissini verdi. Buna görə də məşqlərdə bu yönə xüsusi diqqət yetirdik. Əgər bir problemin var, amma onu necə həll etməyi bilirsənsə, deməli, bu, problem deyil, çağırışdır. Mövsümə qələbə ilə başlamaq vacib idi.  Bu, psixoloji baxımdan da çox önəmlidir. Komandada iki rəqəmli sayda yeni futbolçu olsa da, onlar oyun fəlsəfəmizi tez mənimsədilər. Mənim sərəncamımda oyun üslubunu dəyişməyə imkan verən futbolçular var. Arxada qalan günlər çox yaxşı keçdi. Məşqlər, enerji və komanda atmosferi həqiqətən yüksək səviyyədə idi. Cavab oyunu öncəsi rəqibə, xüsusilə də ilk hissədə yaxşı oyun sərgiləyən komandaya qarşı daha yaxşı hazırlaşmışıq. "Çelye" həmişəki kimi ikinci oyunda daha yaxşı təsir bağışlayır, çünki iki oyun arasındakı fasilə bizə əlavə analiz aparmaq imkanı verir", – deyə Riera bildirib.

Chosen
52
operativmedia.az

1Sources