EN

Azərbaycan-Türkmənistan siyasi, iqtisadi, ticarət, humanitar əməkdaşlıq sahələri müzakirə edilib (FOTO)

Bakı. Trend:

İyulun 16-da ölkəmizdə səfərdə olan Türkmənistan XalqMəsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun başçılıq etdiyinümayəndə heyəti Milli Məclisə gəlib. Qonaqları Milli Məclisinsədri Sahibə Qafarova qarşılayıb.

Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətləəlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Xalq Məsləhətinin sədri əvvəlcə Milli Məclisinplenar iclas zalı ilə tanış olub. Ulu Öndər Heydər Əliyevin adınıdaşıyan xatirə zalına gələn qonaqlar burada Azərbaycan xalqınınÜmummilli Lideri Heydər Əliyevin həyatının və siyasi fəaliyyətininmüxtəlif dövrlərini əks etdirən eksponatlara baxıblar. TürkmənistanXalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov buradakı Xatirəkitabına ürək sözlərini yazıb.

Sonra tərəflər arasında geniş tərkibdə görüş keçirilib.

Milli Məclisin sədri Sahibə Qafarova bu səfərin ölkələrimizarasında münasibətlərin inkişafı və möhkəmlənməsi işinə xidmətedəcəyinə inamını ifadə edib.

2022-ci ilin dekabrında Türkmənistana rəsmi səfərini xatırlayanMilli Məclisin sədri həmin səfər çərçivəsində keçirdiyi görüşlərdənməmnunluqla danışıb.

Söhbət zamanı spiker Sahibə Qafarova qeyd edib ki, xalqlarımızınortaq tarixi, mədəni, dil, din və ailə dəyərləri, oxşarlıqlarıölkələrimiz arasında münasibətlərin təməlini təşkil edir.Müstəqillik qazandıqdan sonra məhz bu möhkəm təməl üzərindəölkələrimiz arasında geniş münasibətlər qurulub.

Bildirilib ki, dövlətlərarası əlaqələrin möhkəmləndirilməsindəvə dərinləşdirilməsində qarşılıqlı səfərlər və ali səviyyədəgörüşlər müstəsna rol oynayır.

Qeyd olunub ki, Azərbaycan və Türkmənistan bir sıra beynəlxalqtəşkilatlarda uğurla əməkdaşlıq edirlər. Türkmənistan tərəfininAzərbaycanın Qoşulmama Hərəkatının sədri kimi təşəbbüslərinə daimidəstəyi yüksək qiymətləndirilir.

Görüşdə, həmçinin qeyd olunub ki, ölkələrimiz arasında mövcudmüqavilə-hüquq bazası çox geniş olmaqla siyasi, iqtisadi, ticarət,humanitar və digər əməkdaşlıq sahələrini əhatə edir.

Söhbət zamanı diqqətə çatdırılıb ki, Azərbaycan və Türkmənistanarasında iqtisadi sahədə də tərəfdaşlığın daha damöhkəmləndirilməsi üçün möhkəm təməl mövcuddur, energetika,nəqliyyat və digər sahələrdə əməkdaşlıq uğurla inkişaf edir.Bununla yanaşı, ölkələrimiz arasında humanitar əməkdaşlıq da xüsusiməna və xarakter kəsb edir.

Söhbət zamanı Azərbaycan və Türkmənistan arasında ikitərəfli vəçoxşaxəli münasibətlərə mühüm və müsbət təsir göstərən amillərdənbiri kimi parlamentlərimizin qarşılıqlı fəaliyyəti barədə danışanspiker Sahibə Qafarova qeyd edib ki, qarşılıqlı səfərlər, parlamentsədrlərinin və qanunvericilərin görüşləri bu əməkdaşlığa mühümtəkan verir. Parlamentlərarası əlaqələr üzrə dostluq qrupları birgəfəaliyyətləri və əməkdaşlıqları ilə parlamentlər arasında körpürolunu oynayırlar.

Qeyd olunub ki, iki ölkənin parlamentarilərinin həm ikitərəfliformatda, həm də parlamentlərarası qurumlar çərçivəsində qarşılıqlıfəaliyyətinin genişləndirilməsi Azərbaycan və Türkmənistan arasındamünasibətləri daha da intensivləşdirməyə kömək edəcək.

Ölkəmizə səfərindən məmnunluqla danışan Türkmənistan XalqMəsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov bu səfər çərçivəsindəPrezident İlham Əliyevlə keçirdiyi görüş və aparılmış müzakirələrbarədə yüksək təəssüratlarını bölüşüb.

O, Sahibə Qafarovanın 2022-ci ilin dekabrında Türkmənistanasəfərini xatırlayaraq, həmin səfərin çox məhsuldar keçdiyini qeydedib.

Xalqlarımızın və dövlətlərimizin türk ailəsinin üzvləri kimidünya siyasətinə verdiyi mühüm töhfələrdən danışan qonaq, COP29-unAzərbaycanda yüksək səviyyədə keçirilməsinə və mühüm məsələlərinmüzakirəsinə görə bir daha təbriklərini çatdırıb.

Söhbət zamanı qonaq regional məsələlər, gender məsələləri,gənclər siyasəti, iqtisadi əlaqələr, Hökumətlərarası komissiyanınfəaliyyəti, parlament diplomatiyası, parlamentlərarası dialoq vədigər mövzular barəsində fikirlərini bölüşüb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barəsində dəfikir mübadiləsi aparılıb.

Azərbaycan-Türkmənistan
Azərbaycan-Türkmənistan
Azərbaycan-Türkmənistan
Azərbaycan-Türkmənistan
Azərbaycan-Türkmənistan
Azərbaycan-Türkmənistan
Chosen
88
36
az.trend.az

10Sources