EN

Uzaqmənzilli raketlərin Ukraynaya verilməsi Rusiya-ABŞ danışıqlarını poza bilər

Amerikanın uzaqmənzilli raketlərinin Kiyevə tədarükü Rusiya və ABŞ arasında danışıqların pozulmasına səbəb ola bilər.

Herbiand.az bildirir ki, bu barədə strana.ua nəşri yazır.

Qeyd edilib ki, bu cür silahlardan istifadə özlüyündə çətin ki, təmas xəttində vəziyyəti dəyişsin.

“Bu amilin əhəmiyyəti başqadır - bu, Rusiya Federasiyası ilə ABŞ arasında münasibətlərin kəskin şəkildə gərginləşməsinə, onlar arasında istənilən danışıqlar prosesini tamamilə dayandırmasına və iki ən böyük nüvə dövlətini hələ 50 günlük ultimatumun (ABŞ prezidenti Donald Trampın - red.) müddəti bitməmiş müharibə həddinə çatdıra bilər”, - məqalədə deyilir.

Bundan əlavə, Kiyevə verilən uzaqmənzilli silahlar Ukrayna Silahlı Qüvvələri tərəfindən Rusiya ərazisinə zərbə endirmək üçün istifadə edilərsə, o zaman Ağ Ev rəhbəri tamamilə Ukrayna münaqişəsinə cəlb olunacaq. Bu isə, “Bayden müharibəsi”ndən “Tramp müharibəsi”nə çevriləcək.

Nəşr vurğulayır ki, ABŞ və Aİ ölkələrində belə nəticəyə çalışan kifayət qədər qüvvələr var.

Bəxtiyar CƏFƏRLİ

Chosen
35
herbiand.az

1Sources