Aparıcı İdris Cəfərov qalmaqallı açıqlamalar verib.
O, birgə çalışdığı rep ulduzu Hüseyn Dəryadan danışıb.
Həmin vaxt tanınmış modellə sənətçinin eşq yaşadığını etiraf edən teleaparıcı diqqət çəkən açıqlamalar verib:
"Həmin vaxt gözəl bir model xanım vardı. Hamı ondan ötrü "ölürdü". O, həm Elşadla münasibətdə idi, həm də Dərya ilə. Özünü "kult" sayırdı. Hazırda o xanım ailə həyatı qurub, övladları var, xoşbəxt olsun. Hüseyn haradansa məsələdən xəbər tutdu. O xanımı da götürdü, maşınla idik. Mühafizəçi, sürücü də vardı. 20 Yanvar dairəsi yaxınlığında idik. Qaynayıb-qarışan yer idi. Qızı maşından düşürtdü. Hüseynin də pik gündəmdə olan vaxtları idi. Model xanım onu çağırdı hamı baxırdı, lazımsız ifadə dedi. Sürücüyə dedim ki, tez sür, məsələ böyümüməmiş".//milli.az