Bakı.Trend:
Respublika üzrə 2025-ci ilin 6 ayı ərzində 22406 nəfərdə heyvandişləməsi qeydə alınıb.
Trend xəbərverir ki, bu barədə Səhiyyə Nazirliyinin rəsmi "Instagram"hesabında canlı yayımda Səhiyyə Nazirliyi Respublika Gigiyena vəEpidemiologiya Mərkəzinin Xüsusi təhlükəli infeksiyalar şöbəsininmüdiri Aytəkin Qurbanova bildirib.
A.Qurbanova qeyd edib ki, heyvan dişləməsi, cırmaqlaması vətüpürcəklənməsi hadisələri barədə müraciət olduqda tibb müəssisəsitərəfindən məlumat yaşayış üzrə ərazi Səhiyyə Nazirliyi Gigiyena vəEpidemiologiya Mərkəzinə verilir.
Onun sözlərinə görə, hadisə qeydə alındıqda hadisənin başverməsi barədə tam məlumat toplanılır, xəsarət almış şəxsinvaksinasiyaya cəlb olunması və kursu vaxtında tamamlanması üzərindənəzarət aparılır:
“Eyni zamanda, heyvan üzərində nəzarətin təmin edilməsi üçünbaytarlıq idarəsinə məlumat verilir. Respublika üzrə 2024-cü ilin 6ayı ərzində 20528 heyvan dişləməsi qeydə alınıb, bunlardan 11313hadisə məlum heyvanlar, 9215 hadisə naməlum heyvanlar tərəfindənxəsarət alanlar olub. 2025-ci ilin müvafiq dövrü ərzində heyvandişləməsinə məruz qalanların sayı 1878 nəfər artaraq, 22406 nəfərolub, bunlardan 12101 məlum, 10305 naməlum heyvan tərəfindən qeydəalınan dişləmə hadisələridir. Qeydə alınan dişləmələr hadisələri,əsasən, itlər, pişiklər tərəfindən baş verib”.
A.Qurbanova qeyd edib ki, 2025-ci ilin 6 ayı ərzində 2024-cüilin müvafiq dövrü ərzində olduğu kimi insanlar arasında quduzluqhadisəsi qeydə alınmayıb.