EN

Neftçalada keçirilən tədbirdə gənc kadrın peşəkarlığı yüksək qiymətləndirildi

15 iyul 2025-ci il tarixində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Neftçala rayonunda “Sağlamlıq üçün tibbi təfəkkürün inkişafı” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirin təşkilatçısı olan Pediatrik Kardiologiya və Revmatologiya İctimai Birliyinin sədri, tibb üzrə fəlsəfə doktoru Sveta Rəfiyeva bu münasibətlə xüsusi təşəkkür paylaşaraq Neftçala Rayon İcra Hakimiyyətinin əməkdaşını fərqləndirib.

Sveta Rəfiyeva bildirib ki, tədbirin uğurla keçirilməsində göstərdiyi dəstəyə görə Neftçala Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər üzrə baş məsləhətçisi Gövhər Məmmədovanın fəaliyyəti təqdirəlayiqdir.

"İşini sevən, düzgün seçilmiş, yerində olan parlaq bir kadr haqqında təəssüratımı bölüşmək qərarına gəldim. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 15 iyul 2025-ci il tarixində Neftçalada "Sağlamlıq üçün tibbi təfəkkürün inkişafı" mövzusunda ilk tədbirimizi keçirdik. Mən isə bu yazımda tədbirdən yox, Neftçala Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər üzrə baş məsləhətçisi Gövhər Məmmədova haqqında söz açmaq istəyirəm. Mən həyatımın 30 ilini gənclərlə işləməyə həsr etmişəm. Savadlı, uğurlu gəncləri dövlətimizin genofondu hesab edirəm. Sözün əsl mənasında, Gövhər Məmmədova bu fonda daxil ediləcək gənclərdəndir. Gəncdir, hətta sağlamlığında müəyyən problemlər olsa da, işinə məsuliyyətlə yanaşan, bacarıqlı, yerində olan bir kadrdır. Düşünürəm ki, əgər bu tədbir GHT-nin deyil, Neftçala Rayon İcra Hakimiyyətinin tədbiri olsaydı da, nəticə eyni olardı. Gövhər xanım insanlarla münasibətdə milli dəyərləri bilən və qoruyan, yaraşıqlı və nümunəvi bir xanımdır. Tədbirin yüksək səviyyədə təşkilinə göstərdiyi kömək və QHT sektoruna olan səmimi münasibətinə görə Gövhər xanımın timsalında Neftçala Rayon İcra Hakimiyyətinin bütün kollektivinə təşəkkür edirəm".

Sveta Rəfiyeva qeyd edib ki, belə gənclərə yol açan, onları dəstəkləyən rəhbər şəxslərin olması cəmiyyətimiz üçün ümidverici haldır:

"Dünyanı xeyirxahlıq xilas edəcək."

Chosen
50
qht.az

1Sources