Daha 2 sığorta şirkətinə Mərkəzi Bank tərəfindən icrası məcburi sərəncam verilib.
Valyuta.az xəbər verir ki, sözügedən sığorta şirkətləri “AtaSığorta” ASC və “A-Qroup Sığorta Şirkəti” ASC olub.
Belə ki, Azərbaycan Respublikası Qanununun 102-ci maddəsinin tələblərinə əsasən, hər iki sığorta şirkətinə icrası məcburi sərəncam verilib.
Buna səbəb Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən aparılan monitorinq zamanı müstəqil ekspertlərlə mülki-hüquqi müqavilələrin bağlanmaması olub.
Sərvanə Rəmixanova