EN

Abşeronun bir hissəsinə iki gündür su verilmir - Sakinlər şikayət edir

BAKI, 16 iyun. TELEQRAF

Abşeronun Müşfiqabad qəsəbəsinin bir hissəsində artıq iki gündür ki, su təchizatı dayandırılıb.

Teleqraf xəbər verir ki, bu barədə redaksiyamıza qəsəbə sakinlərindən şikayət daxil olub.

Sakinlər deyirlər ki, ətraf mağazalarda qablaşdırılmış su qalmayıb:

“Suyumuzu havanın temperaturunun yüksəldiyi günlərdə kəsdilər. Gecələr su damcı-damcı gəlir, səhərlər isə tamamilə kəsilir. Səhər çay içməyə belə su tapa bilmirik. Mağazalarda qablaşdırılmış su da tapılmır. Bağımızı sulaya bilmirik, həyətimizdə bitkilərin dibi quruyub”.

Məsələ ilə bağlı Teleqraf-ın sorğusuna cavab olaraq İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirildi ki, qeyd olunan problemlə bağlı məlumat müvafiq rayon sukanal idarəsinə yönləndirilib:

“Məsələnin həlli istiqamətində işlər görüləcək”.

Chosen
90
teleqraf.com

1Sources