EN

“Fiorentina” Eman Koşponu satın aldı

“Fiorentina” “Barselona”nın U-19 komandasından 18 yaşlı isveçrəli mərkəz müdafiəçisi Eman Koşponu tamhüquqlu əsasda satın alıb.

Arena.az bu barədə “Fiorentina”nın rəsmi saytına istinadən məlumat verir.

Tərəflər 5 illik – müddəti 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə razılaşdırıblar.

Keçid Florensiya təmsilçisinə 400 min avro məbləğ müqabilində başa gəlib.

Koşpo “bənövşələr”in U-20 komandasına daxil edilib. Bir müddət burada çıxış edəcək gənc futbolçu təkmilləşdikcə, əsas komandaya keçiriləcək.

Eman Koşpo “Barselona”nın məzunudur. Müdafiəçi, karyerası ərzində “blauqrana”nın U-19 komandası üçün çıxış edib, geridə qalmış mövsümdə isə məhuslar fəlaiyyəti ilə diqqət çəkmədiyi 9 oyun keçirib.

Ümumilikdə Koşpo “Barselona”nın U-19 komandası üçün 12 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Eman Koşpo İsveçrənin U-15, U-16, U-17 və U-18 yığmalarına cəlb edilib, əsas yığmaya isə hələ çağırış almayıb.

Koşpo “Barselona”nın U-19 komandası ilə UEFA Gənclər Liqasının (2024/2025) qalibi olub.

“Transfermarkt” internet-portalında 18 yaşlı isveçrəli mərkəz müdafiəçisinin transfer dəyəri ilə bağlı məlumat açıqlanayıb.

Chosen
62
arena.az

1Sources