Lester Siti” rəhbərliyi 42 yaşlı ispan mütəxəssis Marti Sifuentesi “tülkülər”in baş məşqçisi vəzifəsinə təyib edib.
Arena.az bu barədə İngiltərə klubunun rəsmi saytına istinadən məlumat verir.
Tərəflər 3 illik – müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.
Sifuentes məşqçilik fəaliyyətinə 2013/2014-cü illərdə “Rubi”nin sükanı arxasında başlayıb. İspan mütəxəssis karterası ərzində “Sant-Andreu”, “Ospitalet”, “Sannefyord”, “Olborq”, “Hammarbü”, və “Kuinz Park Reyncers”i çalışdırıb.
Sifuentesi məşqçi olaraq böyük futbolda heç bir qənimət qazanmayıb.
Xatırladaq ki, daha əvvəl “tülkülər”i 49 yaşlı niderlandlı mütəxəssis Rud van Nistelroy çalışdırırdı.
Əlavə edək ki, “Lester Siti 2024/2025-ci illər mövsümündə İngiltərə Premyer Liqasını yarış cədvəlinin 18-ci pilləsində başa vuraraq, Çempionşipə yuvarlanıb.