EN

Peşəkar KARYERA üçün - Diplom, yoxsa bacarıq?

Bu gün bütün işəgötürənlər peşəkar axtarır. Bu axtarışda isə işçinin ali təhsili o qədər də önəm daşımır. Bəzi yerlərdə işə qəbul zamanı hətta diplom tələb olunmur. Təsadüfi deyil ki, diplomu olub, təcrübəsi olmayan gənclər hazırda iş tapmaqda böyük çətinlik çəkirlər.

Elə isə indiki reallıqda diplom, yoxsa təcrübə vacibdir?
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda 4 perspektivli ixtisas - Ən gəlirli peşələr bunlar olacaq


Suala aydınlıq gətirən Millət vəkili Ceyhun Məmmədov Bizim.Media-ya bildirib ki, əslində diplom önəmlidir, vacibdir:

“Çünki bu şəxsin ali təhsili olduğunu göstərir. Müasir dövrdə proseslər çox sürətlə getdiyinə görə hazırkı dönəmdə açıq şəkildə görünür ki, diplomun o qədər də önəmi yoxdur. Bu günki reallıqda insanların daha çox sərişdə və biliklərinə üstünlük verilir.

Ona görə bu gün sərişdə öndədir, qabaqdadır. Əgər diplom varsa, sərişdə yoxdursa, bu ciddi problemdir. Amma səriştə ilə diplom bir-brini tamamlayırsa bu başqa bir məsələdir. Ona görə də hesab edirəm ki, həm biz, həm də gənclik bu suala həssaslıqla yanaşmalıdırlar ki, bu gün uğurlu karyera üçün diplom yetərli deyil. Onların fərdi bilikləri və bacarıqları daha vacibdir”.

Surxay Atakişiyev, Bizim.Media

Chosen
100
50
bizim.media

10Sources