EN

PFL və AFFA idman jurnalistləri arasında intellektual yarış keçirdi

Peşəkar Futbol Liqası, AFFA və “Misli”nin təşkilatçılığı iləidman jurnalistləri arasında 22 iyul – Milli Mətbuat Gününə həsr olunmuş intellektual yarış keçirilib.

"Football-plus.az" xəbər verir ki, turnirdə iştirak edən bütün media nümayəndələrinə AFFA və PFL tərəfindən xatirə hədiyyələri təqdim edilib.

80-ə yaxın media nümayəndəsinin qatıldığı turnir maraqlı və yaddaqalan alınıb. Yarışda komandalara Azərbaycan premyer-liqasının 2025/26 mövsümündə iştirak edəcək 12 klubun adları verilib. Eyni zamanda, PFL və AFFA-nın əməkdaşları turnirdə müsabiqədənkənar iştirak edib. Yekunda “Karvan” qalib, “Qəbələ” ikinci, “Şamaxı” üçüncü yeri tutub.

Tədbirin sonunda “Karvan”a pul mükafatı və medallar təqdim edilib. İkinci və üçüncü yerin sahiblərinə pul mükafatı, yarışın xanım iştirakçılarına xüsusi hədiyyələr, eyni zamanda PFL və AFFA-ya aid suallara hamıdan çox cavab verən “Zirə” və “Neftçi”nin üzvlərinə xatirə mükafatları verilib.

Chosen
49
13
football-plus.az

10Sources