EN

Rusiya Polşanın Ukraynadakı müəssisəsinə PUA zərbəsi endirib

Rusiya Polşa şirkətinin Ukraynadakı müəssisəsinə hücum edib.

AzPost bildirir ki, bu barədə Polşanın xarici işlər naziri bəyan edib.

Rusiyanın PUA-ları Vinnitsadakı “Barlinek Group” zavoduna zərbə endirib.

“Zavodun direktoru mənə məlumat verdi ki, zərbə üç tərəfdən qəsdən edilib. Yaralılar var, iki nəfər ağır yanıq xəsarətləri alıb. Ukrayna xidmətləri, o cümlədən konsulluğumuz hərəkətə keçir. Putinin cinayətkar müharibəsi sərhədlərimizə yaxınlaşır”, – Sikorski yazıb.

Barlinek şirkəti özü parket lövhələrinin istehsalı ilə məşğuldur.

AzPost.az

Chosen
17
azpost.info

1Sources