EN

“Hudutsuz Sevda”nın Şeref’i Emre Törün dünyasını dəyişdi

“Hudutsuz

Türkiyənin tanınmış aktyoru, “Hudutsuz Sevda” serialında canlandırdığı “Şeref” obrazı ilə tamaşaçıların yaddaşında qalan Emre Törün həyatını itirib.Bir müddətdir mədəaltı vəzi (pankreas) xərçəngi ilə mübarizə aparan və daha əvvəl bu xəstəliyi məğlub edən aktyorun səhhəti son günlərdə pisləşmişdi. Xərçəngin yenidən yayılması və qaraciyərə sirayət etməsi Emre Törünün həyatına son qoydu.Son olaraq “Hudutsuz Sevda” layihəsində rol alan Törün, sağlamlıq vəziyyətinin ağırlaşması səbəbilə ailəsinin istəyilə Akçaya aparılmışdı.Emre Törün kimdir?1 mart 1972-ci ildə İstanbulda dünyaya gələn Emre Törün aktyorluq karyerasına 1996-cı ildə, böyük səs-küyə səbəb olan “Kara Melek” serialı ilə başlayıb. O, həm serial və filmlərdə rol alıb, həm də bir çox layihədə səsləndirmə sənətçisi kimi fəaliyyət göstərib.Emre Törünün çəkildiyi bəzi tanınmış layihələr:Hudutsuz SevdaAhit: Musa'nın HikâyesiÜç Kız KardeşMahsusa: TrablusgarbKıbrıs: Zafere DoğruArka SokaklarEşkıya Dünyaya Hükümdar OlmazReaksiyonGüneşi BeklerkenBulutların ÖtesiBeşinci BoyutBüyük UmutlarHalk DüşmanıHayat A.Ş.Koçum BenimOna Bakma Bana BakKara MelekTanınmış aktyorun vəfatı sənət camiəsində və pərəstişkarları arasında dərin üzüntü doğurub. Allah rəhmət eləsin.Ulusum.az

Diqqət Çəkənlər

Milli mətbuatın 150 illiyinə töhfə: BDU və İİTKM-dən “İctimaiyyətlə əlaqələrin əsasları” təqdim edildi

Qərbin silahları Rusiyanın planlarını pozur – Ukrayna sərhəddə üstünlük qazanır

Fransada “Coker” ləqəbli məhkum çamaşır torbasında həbsxanadan qaçdı

Chosen
82
ulusum.az

1Sources