Bu sözləri Demokrat.az-a açıqlamasında professor Adil Qeybulla deyib:
O bildirib ki, yüksək hərarət, boğaz ağrısı, burun axması, burun tutulması, öskürək, xüsusilə də burunun öz başına axması, əzələ ağrıları, oynaq ağrıları müxtəlif respirator xəstəliklərin əlamətləri kimi davam edir:
"Bundan başqa influenzanın formaları, A qripinin forması, metapneumovirusun formaları var. İdentifikasiya olmuş virusun adı rəsmən deyilmədiyinə görə, biz artıq xaricdə yayılmış məlumatların hesabına mühakimə yürütmək zorundayıq. Amma istənilən halda, bu infeksiyalardan qorunmağın yolu gigiyenik qaydalara riayət etməkdir.
Bununla yanaşı, xəstələndiyi halda insanların yataq rejimində olması, bol maye qəbul etməsi tövsiyə olunur. Uşaqlarda xüsusilə bu vacibdir. Temperatur qalxan kimi onu dərhal endirməyə çalışmaq lazım deyil, bu, bədənin reaksiyasıdır".
Professor bildirib ki, mümkün qədər yoluxmamağa çalışmaq lazımdır:
"Bəzən təəssüflər olsun ki, infeksiyaların, yoluxmaların səbəbləri kondisioner altında yatmaq, bədəni həddən artıq soyutmaq, havaya uyğun geyim forması seçməməkdir. Bütün bunlar özləri də xəstələnmə səviyyəsini artırır".
Əfsanə Kamal
Demokrat.az
10Sources
-
demokrat.az"Duzlu gölə" girmək üçün həkim təyinatı olmalıdır: Əks halda... ( 19488290)
-
bakivaxti.azYas mərasimlərində ehsan qadağası: Dövlət qarışmalıdırmı? ( 19471049)
-
demokrat.azVətəndaşların Nəzərinə: Meşəlik ərazidə bu hərəkətlər təhlükə yaradır ( 19402366)
-
demokrat.azYayılan yeni virus hansı əlamətlərlə özünü göstərir? — Professordan AÇIQLAMA ( 19329268)
-
demokrat.azPolitoloq: "Suriya Yaxın Şərqdə Azərbaycanın əsas müttəfiqi olacaq" ( 19274794)
-
demokrat.azÖzümüzü yeni virusdan necə qoruyaq? — Həkimdən AÇIQLAMA ( 19273057)
-
demokrat.az"Əbu-Dabi görüşü Ermənistanın bu niyyətini ortaya qoyur" — ŞƏRH ( 19160455)
-
demokrat.az"Paytaxtın Bakıdan köçürülməməsi üçün bu tədbirləri görmək lazımdır" — Deputatdan TƏKLİF ( 19059688)
-
ekologiya.azHeyvanlardan insanlara keçə bilən təhlükəli xəstəliklər ( 19043707)
-
sfera.azHeyvanlardan insanlara keçə bilən təhlükəli xəstəliklər ( 19041733)