EN

Ən çox kredit verən banklar açıqlandı

Cari ilin ikinci rübündə ən çox kredit verən bank "Azərbaycan Beynəlxalq Bankı" (ABB ASC) olub. Belə ki, ABB rüb ərzində 6 milyard 642.7 milyon manatlıq biznes kreditləşməsi reallaşdırıb.Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Banklar Assosiasiyasının 2025-ci ilin ikinci rübünün renkinq hesabatında qeyd edilib. Renkinqin ilk beşliyində "Kapital Bank" ASC ikinci yeri tutub. Bank rüb ərzində 5 milyard 371,8 milyon manat kredit verib. Üçüncü sırada 3 milyard 280,9 milyon manatlıq göstərici ilə " PAŞA Bank" ASC qərarlaşıb. Bundan əlavə, "Xalq Bank" ASC 1 milyard 844,7 milyon manatlıq kredit həcmi ilə dördüncü, "Bank Respublika" ASC isə 1 milyard 525,7 milyon manatla beşinci sırada yer alıb.

Adıçəkilən banklar arasında biznes krediti portfelini daha çox ABB Bank artırıb- 2,6%.

Chosen
3
1
metbuat.az

2Sources