Çimərlik futbolu üzrə Azərbaycan çempionatı başa çatıb.
Offsideplus.az xəbər verir ki, çempion tituluna "VTB Bank" komandası yiyələnib.
Son turda gələcək çempiona 4:7 hesabı ilə uduzan “Marafon” yarışı ikinci pillədə başa vurub. Üçüncü pilləni “Çinar Zəngilan” tutub.
13 qola imza atan Elgün Abbaslı (“Çinar Zəngilan”) turnirin ən məhsuldar oyunçusu olub.
Ən yaxşı qapıçı Elçin Qasımov (“VTB Bank”), ən yaxşı oyunçu isə Orxan Məmmədov (“Marafon”) seçilib.
Çempion “VTB Bank” Azərbaycanı “Euro Winners Cup”ın əsas mərhələsində təmsil edəcək.
Gümüş mükafatçı “Marafon” isə bu yarışın pley-offu sayılan “Euro Challengers”ə qatılacaq.