Yazını böyüt
Yazını kiçilt
Türkiyənin Təkirdağ vilayətinin Şarköy bölgəsində əkinçilik sahəsində başlayan yanğın artıq meşəlik əraziyə keçib.
Hafta.az xəbər verir ki, hazırda ərazidə 60 su maşını və 350 yanğınsöndürən alovla mübarizə aparır. Yanğın zamanı tüstüdən boğulan dörd nəfər xəstəxanaya yerləşdirilib.
Yanğınla mübarizə aparılan digər yer Türkiyənin Çanaqqala vilayətinin Ayvacık bölgəsidir. Ayvacıkda bəzi sakinlərin təxliyə edildiyi bildirilir. /"Haber Global"/