EN

Bakıda bu küçə piyadalaşdırılacaq

BAKI, 16 iyul. TELEQRAF

"İctimai avtobus parkının yenilənməsi həyata keçirilir".

Teleqraf xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Bakı Regional İdarəsinin rəhbəri Tərlan Səfərov “Yol-nəqliyyat hadisələrinin təsnifatı: səbəb və nəticələrin təhlili” adlı layihə çərçivəsində ictimai müzakirədə deyib.

O bildirib ki, eyni zamanda piyadalar və velosipedçilərə münasibətdə infrastruktur layihələrinə önəm verilməlidir.

"Bu mərhələdə Təbriz küçəsində pilot layihə həyata keçirilir. İslam Səfərli küçəsi Bakıda ən çox tarixi binaların olduğu küçədir. Məqsəd bu küçəni əsasən piyadalaşdırmaqdır. Amma tranzit küçə kimi də yol saxlanılacaq", - o əlavə edib.

T. Səfərli yol-nəqliyyat hadisələrində həmişə piyadaların günahkar olaraq qabardıldığını vurğulayıb:

"Mən bununla razı deyiləm. Bu məsələdə təkcə piyadalar günahkar olaraq qabardılmalı deyil".

Chosen
38
2
teleqraf.com

3Sources