EN

DİM hər ay ictimai müzakirələr keçirəcək

BAKI, 16 İyul. TELEQRAF

Artıq hər ay Dövlət İmtahan Mərkəzində (DİM) ictimai müzakirələr keçiriləcək. İslahatların aparılması üçün real vəziyyətin düzgün qiymətləndirilməsi vacibdir.

Teleqraf xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.

“Üç gündür davam edən müzakirələr çərçivəsində bu gün magistraturaya qəbul və rezidentura ilə bağlı məsələlərə toxunuruq. Bu cür açıq və dəyərli müzakirələrə ciddi ehtiyac var”, - deyə qeyd edib.

O bildirib ki, əsas məqsəd şəffaflıq və ictimaiyyətə açıq fəaliyyət prinsipidir: “Rəqəmsallaşma sahəsində öhdəliklər götürmüşük. Bu çərçivədə 22 məlumat datası ilin sonuna qədər ictimaiyyətə açıq şəkildə təqdim olunacaq. Eyni zamanda, illər üzrə aparılan elmi-statistik təhlillər ictimai marağı təmin etmək və qərarvermə prosesinə dəstək olmaq baxımından mühüm əhəmiyyət daşıyır”.

Chosen
85
teleqraf.com

1Sources