EN

Elməddin Muradlı: Qəzaların əksəriyyəti həmin keçidlərin ətrafında baş verir

BAKI, 16 iyul. TELEQRAF

Piyadaların keçidlərdən düzgün istifadə etməsi üçün çəpərlənmə işlərinə ehtiyac var. Baş verən qəzaların əksəriyyəti həmin keçidlərin ətrafında baş verir.

Teleqraf xəbər verir ki, bunu "Jurnalistika və İnkişaf Mərkəzi" İctimai Birliyinin sədri Elməddin Muradlı “Yol-nəqliyyat hadisələrinin təsnifatı: səbəb və nəticələrin təhlili” adlı layihə çərçivəsində ictimai müzakirədə deyib.

"Bu da bəzi insanların məsuliyyətsizliyindən və "burada kamera, polis yoxdur" düşünüb hərəkət etməsindən irəli gəlir. Bəzi xarici ölkələrdə belə texniki vasitələr olmadıqda dronlarla nəzarət edilir", - o əlavə edib.

Chosen
93
teleqraf.com

1Sources