EN

Ali Rada Şmıqalın istefasını təsdiqlədi

Ali Radanın dövlət quruculuğu, regional siyasət və yerli özünüidarəetmə komitəsi baş nazir Denis Şmıxalın istefasını təsdiqləyib.

Bu barədə RBC-Ukrayna xalq deputatı Yaroslav Jeleznyakın Telegram kanalına istinadən məlumat yayıb.

“Dövlət quruculuğu komitəsi baş nazir Denis Şmıxalın istefasını təsdiqləyib”, - deyə xalq deputatı qeyd edib.

O, həmçinin əlavə edib ki, Ali Radada Şmıxalın istefası üçün səsvermə də bu günə, iyulun 16-na təyin edilib.

Chosen
61
1
qaziler.az

2Sources