"Yunus Oğuz çağdaş Azərbaycan ədəbiyyatının ən parlaq nümayəndələrindən biridir. Hazırda o Azərbaycanda tarixi roman janrının bir nömrəli nümayəndəsidir. O, yazdığı romanlarında həmən dövrü çox real və canlı şəkildə təsvir edə bilir. Yunus Oğuz zəngin biliyə malikdir, tarixi hadisələrə olduqca real və həqiqi rakursdan baxmağı bacarır. Ona görə də əsərləri oxunaqlıdır. Türk tarixi ilə dünyaca şöhrətli insanları o qədər real və aydın təsvir edir ki, sanki oxucu da bu hadisələrin iştirakçısı kimi özünü hiss edir. Yunus Oğuzun romanlarının təsirindən uzun müddət çıxmaq olmur. Qardaşımı təbrik edirəm, ona can sağlığı və böyük yaradıcılıq uğurları arzulayıram."
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31