Türkiyəli aktyor Emre Törün vəfat edib.
ONN media xəbər verir ki, aktyor 53 yaşında dünyasını dəyişib.
O, xərçəngdən əziyyət çəkirdi.
Qeyd edək ki, E.Törün “Eşkiya dünyaya hükümdar olmaz”, “Arka sokaklar”, “Hudutsuz sevda” kimi məşhur seriallarda rol alıb.