EN

Goranboyda kütləvi dava: 3 nəfər xəstəxanalıq oldu

Goranboyda kütləvi dava-dalaş olub.

"Cebheinfo.az" xəbər verir ki, hadisə ötən gecə rayonun Veyisli kəndində qeydə alınıb.

Kənd sakinləri Elşad Abuzərov, Turac Zeynalov və Elbəyi Mustafayev bir-birinə müxtəlif alətlərlə xəsarət yetiriblər.

Həmin şəxslər xəstəxanaya yerləşdirilib. Onlara tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma başlanılıb.

"Cebheinfo.az" 

Chosen
16
13
cebheinfo.az

10Sources