EN

Çempionlar Liqası: "Qarabağ"ın rəqibi müəyyənləşir

BAKI, 16 iyul. TELEQRAF

Bu gün "Qarabağ"ın UEFA Çempionlar Liqasının II seçmə mərhələsindəki potensial rəqibləri olan Şimali İrlandiyanın "Linfild" klubu ilə İrlandiyanın "Şelburn" komandaları cavab oyunu keçirəcək.

Teleqraf xəbər verir ki, Belfastdakı "Vindzor Park" stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Komandalar arasında keçirilən ilk oyunda "Şelburn" minimal hesablı qələbə qazanıb.

Günün digər oyununda isə Belarusun "Dinamo Minsk" kollektivi ilə Bolqarıstan "Ludoqorets"i üz-üzə gələcək.

Chosen
47
teleqraf.com

1Sources