EN

Rusiyada Azərbaycan diasporunun rəhbərinin oğlu saxlanıldı - YENİLƏNİB

Azərbaycanın Uraldakı diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu Mütvəli Şıxlinskinin saxlanılması ilə bağlı təfərrüat məlum olub.

Moderator.az xəbər verir ki, bu barədə E1.ru məlumat yayıb.

Məlumata görə, Mütvəli Şıxlinskinin evində axtarış aparılacaq.

Hazırda o, 91-ci maddə ilə iki sutkalıq həbsdədir. Bundan sonra məhkəmə olacaq. Saxlanılan şəxsin atası Şahin Şıxlinski gizlənir. Onun barəsində Moskvada cinayət işi açılıb.

21:20

Azərbaycanın Uraldakı diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu Mütvəli Şıxlinski Yekaterinburqda saxlanılıb.

Moderator.az xəbər verir ki, bu barədə E1.ru məlumat yayıb.

Məlumata görə, iyulun 1-də Şahin Şıxlinski saxlanılarkən Mütvəli Şıxlinski xüsusi təyinatlı əsgərlərdən birini "Gelandewagen" markalı avtomobillə vurub.

Hazırda o, İstintaq Komitəsində dindirilir.

Chosen
95
3
moderator.az

10Sources