EN

Husilər İsrail limanına hücum etdilər

Yəmənin üsyançı Ənsar Allah hərəkatından husilərin yaratdığı silahlı qüvvələr Negev səhrasındakı hərbi obyektə və İsrailin cənubundakı Eylat şəhərindəki limana zərbələr endirib.

"Unikal" xəbər verir ki, bu barədə hərəkatın hərbi sözçüsü Yəhya Saria bildirib. Üsyançılara məxsus “Əl Məsirə” telekanalında danışan Saria husilərin “üç pilotsuz uçan aparatdan istifadə etməklə koordinasiyalı əməliyyat həyata keçirdiklərini, onlardan ikisinin Negev bölgəsində sionist düşmənin mühüm hərbi hədəfinə, üçüncüsü isə işğal olunmuş Fələstindəki Umm ər-Rəşraş limanına (Eilatın ərəbcə adı - red.) hücum etdiyini” deyib.

Onun sözlərinə görə, əməliyyat “məqsədlərinə uğurla nail olub”.

Chosen
71
50
unikal.az

10Sources