EN

Ana balasının vəfat xəbərini eşidib öldü – Abşeron Gənclər Şəhərciyində usta faciəyə səbəb oldu

İyulun 7-də Abşeron Gənclər Şəhərciyində baş verən yanğının təfərrüatı məlum olub.

Oxu.Azxəbər verir ki, partlayış usta siqaret çəkmək istəyən zaman baş verib.

Belə ki, hadisə zamanı mənzildə iki uşaq olub. Onlardan biri – 9-cu sinif şagirdi olan Mehdi ağır yanıq xəsarəti alaraq həlak olub.

Mərhumun anası isə ağır yaralı olduğu üçün övladının öldüyünü ondan gizlədiblər.

Övladının ölüm xəbərini bu gün öyrənən ana dözməyərək ölüb.

Digər uşaq mənzildə olsa da (ölən uşaqdan böyükdür), ona heç nə olmayıb, ehtimal olunur ki, o, nənəsinə veriləcək. Uşaqların atası isə onlarla yaşamırmış.

Qeyd edək ki, mərhum Günel Əliyeva Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibb bacısı kimi çalışırmış.

İyulun 7-də Abşeron Gənclər şəhərciyində baş verən yanğın nəticəsində xəsarət alan 3 nəfərdən biri dünyasını dəyişib.

Oxu.Az-ın məlumatına görə, hadisə nəticəsində bədəninin 50 faizdən artıq hissəsi yanan 1976-cı il təvəllüdlü Novruz Ağayev Nərimanov Tibb Mərkəzinin Yanıq Mərkəzinə yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. N.Ağayev aldığı xəsarətlərdən mərkəzdə dünyasını dəyişib.

Xatırladaq ki, iyulun 7-də Abşeron rayonu, Xırdalan şəhəri ərazisində Abşeron Gənclər Şəhərciyində Günel Əliyevanın yaşadığı evdə qaz sızmasından partlayış baş verib. Partlayış nəticəsində 3 nəfər yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilmişdi.

Chosen
19
24
editor.az

10Sources