Avropa və Mərkəzi Asiyada vaksinasiya səviyyəsinin aşağı olması ilə əlaqədar qızılcaya yoluxma halları rekord həddə çatıb.
Aznews.az xəbər verir ki, bu barədə “Financial Times” Ümumdünya Səhiyyə Təşkilatına istinadən məluma yayıb.
“Avropada və Mərkəzi Asiyada qızılcaya tutulma hallarının sayı son 25 il ərzində ən yüksək həddə çataraq, 2023-2024-cü illər ərzində iki dəfə artıb”, - deyə məlumatda qeyd olunur.