EN

Bakıda fərdi yaşayış evində yanğın olub

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakışəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində fərdi yaşayış evindəyanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, məlumatla əlaqədardərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələriəraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi780kv.m. olan ikimərtəbəli mansard tipli fərdi yaşayış evində başvermiş yanğın genişlənməsinə, həmçinin bitişik evə keçməsinə imkanverilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində fərdi yaşayış evinin ikinci mərtəbəsi vəmansard hissəsi yanıb.

Evin birinci mərtəbəsi və bitişik ev yanğından mühafizəolunub.

Chosen
22
23
az.trend.az

10Sources