EN

“Everton” Mark Traversi heyətinə qatdı

“Everton” 26 yaşlı irland qapıçı Mark Traversi “Bornmut”dan tamhüquqlu əsasda “qənnadçılar”ın düşərgəsinə qatıb.

Arena.az bu barədə İngiltərə klubunun rəsmi saytına istinadən məlumat verir.

Tərəflər 4 illik – müddəti 2029-cu ilin iyun ayının sonuna qədər müddətə qüvvədə olacaq müqavilə imzalaıblar.

Keçid “Everton”a 4,6 milyon avro məbləğ müqabilndə başa gəlib.

Mark Travers “Bornmut”un məzunudur. Qapıçı, karyerası ərzində icarələrdə – “Ueymut”, “Suindon Taun”, “Stok Siti” və “Midsbro”da çıxış edib.

Travers 2024/2025-ci illər mövsümünün birinci yarısında “Bornmut” üçün 5 oyun keçirib, 5 qol buraxıb, 1 oyundan isə qapısının toxunulmazlığını təmin edib. Mövsümün ikinci yarısını isə irland qapıçı “Midsbro”da keçirib, 17 oyuna 20 qol “yeyib”, 4 oyundan “quru” qurtulub.

Mark Travers 2019-cu ilin sentyabr ayında debüt etdiyi İrlandiya yığmasının heyətində 4 oyun keçirib, 5 qol buraxıb, 1 oyunda isə qapısının toxunulmazlığını təmin edib.

İrland qapıçı böyük futbolda heç bir qənimət qazanmayıb.

“Transfermarkt” internet-portalı 26 yaşlı irland qapıçının transfer dəyərini 4 milyon avro məbləğində qiymətləndirir.

Chosen
54
arena.az

1Sources