Bakı. Trend6
“Zirə” bu gün Türkiyədəki təlim-məşq toplanışı çərçivəsindənövbəti yoxlama matçına çıxıb.
Trend xəbərverir ki, komanda Türkiyə təmsilçisi “Çorum”la üz-üzə gəlib.
Oyun Rəşad Sadıqovun komandasının 2:0 hesablıqələbəsi iləyekunlaşıb. 60-cı dəqiqədə Abdul Aziz Batibie fərqlənib. 2-ci qoluisə 71-ci dəqiqədə Şahmar Aşurov vurub.
"Zirə" bunadək 3 yoxlama görüşündə qüvvəsini sınayıb. RəşadSadıqovun komandası Bakıda "Qarabağ"a uduzub (0:4), Türkiyədə isə“Ankara Keçiörengücü”nə (2:1) və “Əl-Hüseyin” (1:0) qalibgəlib.
Qeyd edək ki, “Zirə” UEFA Konfrans Liqasının 2-ci təsnifatmərhələsində “Hayduk”la qarşılaşacaq. Komandalar arasında ilk matçiyulun 23-də, saat 19:30-da Bakıda, cavab görüşü isə 31-də, saat23:00-da “Polyud Stadium”da keçiriləcək.