İspaniyanın əlillik məsələləri üzrə baş direktoru Xesus Martin “Barselona”nın hücumçusu Lamin Yamalın ad gününə “cırtdanlar”ın dəvət edilməsinə münasibət bildirib.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, Martin bildirib ki, müvafiq qurumlar sözügedən məclisdə “cırtdanlar”a qarşı təhqirin olub-olmadığını araşdırır.
“Bizi narahat edən odur ki, bu qədər izləyicisi olan, gənclər üçün əsl nümunə olan bir şəxs belə məclislər təşkil edir. Bizi həm də o narahat edir ki, pulu və gücü olan insanlar özlərini cəzasız hiss edirlər. Qanun hamı üçün eynidir – həm kasıblar, həm də varlılar üçün. Pozuntu əlamətləri varsa, nazirlik əl-qolunu sallayıb oturmayacaq”, – o söyləyib.