Cəlilabadda meşədəki yanğın nəticəsində bir nəfər tüstüdən zəhərlənib.
Yenisabah.az report-a istinadən xəbər verir ki, 1976-ci il təvəllüdlü meşə təsərrüfatının əməkdaşı Qəni Nəzirovdur.
Əraziyə təcili tibbi yardım briqadası cəlb olunub. pizza hut
Hazırda yanğın davam edir.
*** 14:14
Cəlilabad rayonunun Zopun kəndi ərazisində meşəlik ərazidə yanğın başlayıb.
Yenisabah.az xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq texnikası və canlı qüvvəsi cəlb olunub.
Yanğının qarşısının alınması və ətraf ərazilərə yayılmaması üçün tədbirlər görülür.
Faktla bağlı araşdırma aparılır.
Telegram kanalımız