Vətəninfo.az xəbər verir ki, Fransanın xarici işlər naziri Jan-Noel Barrot avqustun sonunadək İranla nüvə proqramı üzrə razılıq əldə olunmasa, Fransa, Britaniya və Almaniyanın (Avropa üçlüyü) “tətik mexanizmi”ni işə salacağını açıqlayıb.
Nazir bununla bağlı, Brüsseldə Aİ Xarici Əlaqələr Şurasının iclası öncəsi çıxışında danışıb: “İran konkret, etibarlı və yoxlanıla bilən addımlar atmasa, avqustun sonuna qədər beynəlxalq sanksiyaların bərpa mexanizmini işə salacağıq”.
Barrot qeyd edib ki, bu addım çərçivəsində əvvəllər ləğv edilmiş silah embarqosu, bank və nüvə texnologiyaları ilə bağlı sanksiyalar yenidən qüvvəyə minə bilər.
Qeyd edək ki, “Tətik mexanizmi” 2015-ci il Nüvə Razılaşması çərçivəsində yaradılıb və tərəflərə razılaşma pozulacağı halda sanksiyaları avtomatik qaydada bərpa etmək imkanı verir.