Dünyaca məşhur müğənni Beyoncenin Atlanta konserti öncəsi oğurluq hadisəsi ilə gündəmə gəlib.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, naməlum şəxslər sənətçiyə məxsus nəqliyyat vasitəsinə daxil olaraq şəxsi əşyaları, yayımlanmamış mahnıları, konsert planlarını və setlistləri ehtiva edən USB daşıyıcıları oğurlayıblar.
Hadisə Beyoncenin Atlanta şəhərindəki "Mercedes-Benz" stadionunda keçiriləcək dörd günlük konsert seriyasından cəmi iki gün əvvəl baş verib. Oğurluq Krog Street Market ərazisində baş verib.
Hadisədən sonra Beyoncenin hüquqşünası hüquq-mühafizə orqanlarına müraciət edib.
Faktla bağlı istintaq aparılır, oğruların kimliyi hələlik müəyyənləşdirilməyib.