"Buna paralel olaraq, Baş Qərvənd və Eyvazxanbəyli kəndlərində tikinti işlərinə bu ay start veriləcək və ümid edirik ki, 2026-cı ilin sonunadək işlər yekunlaşacaq və əhalinin köçü təmin olunacaq. Ağdam şəhərində 2-ci yaşayış kompleksində tikinti işləri sürətlə davam edir və oktyabr ayından başlayaraq ilin sonuna qədər 1268 ailənin köçürülməsi planlaşdırılır. Ağdam şəhərində 4-cü yaşayış kompleksinin də tikintisinə başlanılıb. Bu ay ərzində 5-ci yaşayış kompleksinin, sentyabr-oktyabr aylarında isə 3-cü yaşayış kompleksinin tikintisinə başlanılması nəzərdə tutulur. 2026-cı ilin sonuna qədər Ağdam şəhərinə azı 20 min nəfər əhalinin köçürülməsi planlaşdırılır".