EN

Pirallahı rayonunda sahibkarlarla görüş keçirilib (FOTO)

Bakı. Trend:

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA)təşkilatçılığı və Pirallahı Rayon İcra Hakimiyyətinin dəstəyi ilərayonda fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib. Tədbirdəsənaye, turizm, ictimai-iaşə, pərakəndə ticarət sahələrindəfəaliyyət göstərən 80-dən çox sahibkar, eləcə də dövlətqurumlarının nümayəndələri iştirak ediblər.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və PirallahıRayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov rayonda sahibkarlıqfəaliyyəti, əlverişli işgüzar mühitin yaradılması və mövcudimkanların reallaşdırılması üçün dövlətin dəstək alətləri barədəməlumat veriblər. Bildirilib ki, 2016-cı ildə yaradılmış PirallahıSənaye Parkı qeyri-neft sektorunun inkişafına, xüsusilə də sənayevə əczaçılıq sahəsində sahibkarlığın genişlənməsi üçün xüsusiimkanlar təqdim edir. Sənaye sahəsində istehsalın qurulması üçünsənaye parkının təklif etdiyi güzəştlər və infrastruktur önəmlidir.Sahibkarların müasir çağırışlara uyğun olaraq innovativ vərəqabətqabiliyyətli istehsala yatırım etməsi faydalıdır. Eynizamanda rayonda fəaliyyət göstərən biznes subyektləri sənayeparkında fəaliyyət göstərən müəssisələrlə əməkdaşlıq imkanlarınıdəyərləndirməlidir.

Rayonda yeni istehsal və xidmət sahələrinin yaradılması, eləcədə bu sektorlarda fəaliyyətin genişləndirilməsi zamanı bazararaşdırmasının aparılması vacibdir. Sahibkarların şəbəkələşməsi vəbirgə təşəbbüslərə açıq olması kooperasiya və yeni əməkdaşlıqlarbaxımından əhəmiyyətlidir. Biznes sahəsindəki yeniliklər, dövlətdəstəyi alətləri barədə məlumatlandırma, əlaqələndirmə və məsləhətxidməti üçün sahibkarlar KOBİA-nın KOB dostu ofislərinə müraciətedə bilərlər.

Tədbir çərçivəsində sahibkarların maliyyəyə çıxış, ictimai-iaşəsahəsində reklam yerləşdirilməsi, müxtəlif dəniz məhsullarınınyetişdirilməsinə dəstək və digər məsələlərlə bağlı fikir vətəklifləri dinlənilib, müvafiq məsələlər ətrafında müzakirələraparılıb, sualları cavablandırılıb.

Həmçinin, KOBİA nümayəndələri Pirallahı Sənaye Parkındafəaliyyət göstərən "Diamed Co” MMC-nin şpris istehsalımüəssisəsində olub, istehsal prosesinə dair sahibkarla fikirmübadiləsi aparıblar.

Pirallahı
Pirallahı
Pirallahı
Pirallahı
Pirallahı
Məqalədə:
Chosen
123
6
az.trend.az

7Sources