EN

Ferma sahibi çobanın arvadı ilə münasibətdə oldu: “Ərim şübhələnib, bir daha...”

Yevlax rayonunda 1967-ci il təvəllüdlü Bəhruz özünə məxsus heyvandarlıqla məşğul olduğu fermada işləyən çobanın arvadına qarşı seksual hərəkətlər edib.

Publika.az Teleqraf-a istinadən xəbər verir ki, zərərçəkmiş Elmar (ad şərti verilib – red.) 2023-cü ildən təqsirləndirilən şəxsin Yevlax rayonunun kəndi ərazisində yerləşən fermasında çoban işləməyə başlayıb.

Elmar hər ay 500 manat pul müqabilində çoban işləməklə yanaşı, həm də fermada ailəsi ilə birlikdə yaşayıb.

Ferma sahibi zərərçəkmiş şəxsin həyat yoldaşı 1987-ci il təvəllüdlü Vəsilə (ad şərti verilib – red.) ilə 2025-ci ilin yanvar-aprel aylarında, ayrı-ayrı günlərdə onun razılığı ilə bir neçə dəfə təbii yolla cinsi əlaqədə olub.

Daha sonra onunla yenidən əlaqədə olmaq istədiyini təklif edib. Amma qadın onların arasında olan münasibətdən ərinin şübhələndiyini deyib və bu təklifdən imtina edib.

Bu cavabı alan ferma sahibi qadının ondan maddi və yaşayış yeri baxımından asılı olmasından istifadə edib, onunla cinsi əlaqəyə girməyə məcbur etmək qərarına gəlib. O, niyyətini həyata keçirmək məqsədilə Vəsilə və onun ərini işdən çıxaracağını, onlara fermanın ərazisində yaşamalarına icazə verməyəcəyini deyib. Qadını maddi və yaşayış yeri baxımından özündən asılı vəziyyətə salıb, cinsi əlaqəyə girməyə məcbur edib.

Çıxılmaz vəziyyətdə qalan qadın fermanın heyvanlar üçün nəzərdə tutulmuş tövləsində ferma sahibi ilə növbəti dəfə cinsi əlaqəyə girib.

Bundan sonra qadın hüquq-mühafizə orqanlarına müraciət edib. O, ferma sahibi tərəfindən ilkin olaraq döyülərək təcavüzə məruz qaldığını deyib.

Bu səbəbdən Bəhruzun barəsində Cinayət Məcəlləsinin 150.1 (zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə) və 221.1-ci (xuliqanlıq - yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddələri ilə ittiham elan edilib.

“Hiss etdim ki, mənə yaxınlaşmaq istəyir”

Daha sonra istintaqın gedişi zamanı bu ittiham dəyişdirilib və ferma sahibinə Cinayət Məcəlləsinin 151-ci (seksual xarakterli hərəkətlərə məcbur etmə) maddəsi ilə yekun ittiham verilib.

Cinayət işi üzrə ifadə verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş şəxsin həyat yoldaşı ilə həmkəndli olublar: “Vəsiləgil Yevlax rayonunun kəndində yerləşən mənə məxsus olan heyvan fermasında təxminən 2 ilə yaxındır ki, işləyirlər, mənə məxsus olan heyvanlara baxıblar. Elmar həm də ailəsi ilə birlikdə həmin fermada yaşayıb. Elmar mənə məxsus olan xırdabuynuzlu və iribuynuzlu heyvanları otarıb, arvadı isə heyvan damlarını təmizləyib, tövlədə qalan heyvanlara qulluq edib. Mən fermaya gedən zaman qadınla söhbət etmişəm. Bu zaman hiss etmişəm ki, mənə yaxınlaşmaq istəyir, mənə qarşı sevgi hissələri var”.

Chosen
19
6
publika.az

7Sources