EN

Sabah 40 dərəcə isti olacaq

Azərbaycanda iyulun 16-da havanın əsasən yağmursuz keçəcəyigözlənilir, bəzi yerlərdə 40 dərəcə isti olacağı gözlənilir.

Bu barədə Trend-ə MilliHidrometeorologiya Xidmətindən bildirilib.

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuzkeçəcəyi gözlənilir. Zəif cənub-şərq küləyi əsəcək. Havanıntemperaturu gecə 22-26, gündüz 34-39 dərəcə isti olacaq. Atmosfertəzyiqi normadan aşağı 753 mm civə sütunu, nisbi rütubət isə gecə65-75 %, gündüz 40-45 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyigözlənilir. Lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlardaqısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı,dolu düşəcəyi, arabir duman olacağı ehtimalı var. Mülayim şərqküləyi əsəcək.

Havanın temperaturu gecə 22-27, gündüz 36-40, dağlarda gecə11-16, gündüz 28-33 dərəcə isti olacaq.

Chosen
13
49
az.trend.az

10Sources